Hizbullahın xəbərdarlığından sonra İsrail fövqəladə vəziyyət elan edib

Hizbullahın xəbərdarlığından sonra İsrail fövqəladə vəziyyət elan edib

İsrail mediası dünən gecə Livan Hizbullahının hücumlarından qorxduqları üçün sionist rejimin çağırışı ilə işğal olunmuş ərazinin şimalında fövqəladə vəziyyət elan olunduğunu yazıblar.

Az.rasthaber.com xəbər verir ki, İsrail mediasının xəbərinə görə, sionist rejim qüvvələrinin kütləvi çağırışları yaxın günlərdə də davam edəcək.

Xəbərdə həmçinin bildirilib ki, sionist rejim bölgədə həyəcanlı vəziyyət elan edərək, Hizbullahı Livanla dəniz sərhədlərinin demarkasiyasına imza atmazdan əvvəl düşmənçilik əməliyyatlarına sövq etməyə çalışır.

Qeyd edək ki, sionist rejimin bu qorxusu Hizbullah lideri Seyid Həsən Nəsrullahın sionist rejimə qarşı xəbərdarlıq etməsindən bir neçə gün sonra baş verib. 

Nəsrullah bu xəbərdarlıqda sülh və ya gərginlik bərabərliyini vurğulayaraq, "Livan hökumətinin tələbləri reallaşarsa, sülhə doğru irəliləyəcəyik, Livan layiq olduğu haqqı əldə etməsə, gərginliyə doğru hərəkət edəcəyik", - deyə bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR