Livan Hizbullahı bu gün (çərşənbə günü) hazırkı müharibə zamanı ilk dəfə olaraq Təl-Əvivdə sionist rejimin müharibə nazirliyinin qərargahına pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı yaydığı bəyanatda bildirib: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək olaraq, Livan və onun xalqının müdafiəsi istiqamətində Xeybər əməliyyatları çərçivəsində və Ləbbeyk ya Nəsrullah nidası ilə bu çərşənbə günü saat 15:30-da islam müqavimət cəbhəsi xüsusi silahlı pilotsuz uçuş aparatları ilə Təl-Əvivdəki Əl-Kəryah bazasına ilk dəfə hava hücumu həyata keçirdi və pilotsuz təyyarələr hədəflərini dəqiqliklə vurdu.”
Livan Hizbullahının bəyanatına görə, Əl-Kəryah bazası sionist rejimin müharibə nazirliyi, ordunun baş qərargahının, müharibə idarəsi və müharibəyə nəzarət idarəsinin qərargahıdır.