Təl-Əvivə raket hücumu İsrailin Ben Qurion hava limanında fəaliyyətlərin dayandırılmasına səbəb olub.
Az.rasthaber.com xəbər verir ki, Hizbullahın Livandan Təl-Əvivə raket hücumu İsrailin Ben Qurion hava limanında fəaliyyətini dayandırıb.
Sionist rejimin "Kanal 12" televiziyası Livandan raket hücumundan sonra Tel-Əvivin şərqindəki Ben Qurion hava limanında fəaliyyətlərin yarım saatdan çox müddətə dayandırıldığını bildirib.
İsrail mediası Ben Qurion hava limanında eniş icazəsinin verilmədiyini və eniş üçün təyyarələrin yarım saatdan çox havada gözlədiyini açıqlayıb.
Bir müddət əvvəl media mənbələri Hizbullahın Təl-Əvivə bir neçə xüsusi raketlə hücum etdiyini açıqlamışdı.
İsrail mediası bildirir ki, Təl-Əviv, Holon, Rişon LeTsiyon və Quş Dan bölgələrində sirenlər səslənir.