Sionist İsrailin hava hücumunda Hizbullahın Media Əlaqələri üzrə məsul vəzifəli Məhəmməd Afifin şəhid olduğu bildirilib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusunun Livanın paytaxtı Beyrutu ağır bombardmanları davam edir.
Qətərin Əl-Cəzirə televiziyasının xəbərinə görə, Hizbullah Hərəkatının Media Əlaqələri Mütəxəssisi Məhəmməd Afifin işğalçı ordunun Beyrut hücumunda şəhid olduğu bildirilib.
Livan Baas Partiyasının baş katibi Əli Hicazi Məhəmməd Afifin şəhadətini təsdiqləyib.
Livanın rəsmi agentliyi olan NNA, səhər saatlarında Hades, Şiyə və Bürc əl-Baracine bölgələrində, günorta saatlarında isə Hureyk bölgəsində hücumun həyata keçirildiyini bildirib.
Hadesə güclü hava zərbələri, St. O, Corc xəstəxanasının ətrafını hədəfə alıb.