Hizbullahdan sionist rejimin atəşkəsi dəfələrlə pozmasına İLK CAVAB

Hizbullahdan sionist rejimin atəşkəsi dəfələrlə pozmasına İLK CAVAB

Livan Hizbullahı sionist rejimin atəşkəs razılaşmasını dəfələrlə pozmasına ilk cavabında bu rejim ordusunun bazasını hədəf aldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı bununla bağlı yaydığı bəyanatda bildirib: “27 noyabr 2024-cü il çərşənbə günü səhər saatlarında elan edilmiş atəşkəs razılaşmasının sionist düşmən tərəfindən dəfələrlə pozulmasından sonra–hansı ki, Livanın müxtəlif ərazilərində mülki şəxsləri atəşə tutmaq və hava hücumları da daxil olmaqla müxtəlif üsullarla həyata keçirilib və vətəndaşların şəhid olmasına və yaralanmasına, həmçinin Beyruta qədər düşmən İsrail təyyarələri tərəfindən Livanın hava məkanının pozulmasına səbəb olub – bu atəşkəs pozuntularının qarşısının alınması üçün aidiyyəti orqanlara və tərəflərə müraciət edilməsi nəticəsiz qaldığından, islam müqavimət ilkin xəbərdarlıq müdafiə reaksiyası həyata keçirdi və Livanın işğal altında olan Kəfr Şuba təpələrində düşmən sionsit rejim ordusunun Ruyisat əl-Ələm bazasını hədəfə aldı.”

Xəbəri paylaş

VİDEOLAR