Livan Hizbullah Hərəkatı Qəzzanın məzlum xalqına qarşı davamlı qətllər və Cənubi Livanda təkrar hücumlarına cavab olaraq sionist rejimin bəzi bazalarına raket və dron hücumları həyata keçirdiyini elan edib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı işğalçıların Cənubi Livanın sərhəd bölgələrinə qarşı davam edən hücumlarına cavab olaraq, sionist rejim ordusunun işğal olunmuş Fələstinin şimalında yerləşən Ramot Naftali bazasını hədəf aldığını elan edib. Bu hücum kamikadze PUA-ları və Katyuşa raketləri ilə həyata keçirilib.
Hizbullah həmçinin sionist rejimin Beyt Hillel bazasındakı Səhl batalyonunun komanda qərargahına pilotsuz təyyarə hücumunun həyata keçirildiyini açıqlayıb.
Hizbullah başqa bir əməliyyatda sionist rejimin 300-cü Qərb briqadasının Yara kazarmasının cənubunda yerləşən qərargahını və bu rejimin əsgər və zabitlərini PUA ilə hədəfə alıb.
Digər tərəfdən, İsrail mənbələri işğal olunmuş Fələstinin şimalında sionistlərin Douvio qəsəbəsində sirenlərin səsləndiyini bildirib.