Hizbullahdan Qolan təpələrinin işğalına REAKSİYA

Hizbullahdan Qolan təpələrinin işğalına REAKSİYA

Hizbullah sionist İsrailin Suriyanın Colan təpələrindəki bufer zonasını işğal etməsini “həyasız pozuntu” kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın verdiyi yazılı açıqlamada İsrailin Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada bufer zonanı ələ keçirməsinə və ölkənin bir çox bölgəsinə hava hücumları təşkil etməsinə reaksiya verib.

Bəyanatda deyilir: “Sionist düşmənin Suriya ərazisində törətdiyi davamlı cinayətlər, istər Colan təpələrində daha çox ərazi zəbt etməklə, istərsə də Suriya dövlətinin müdafiə qabiliyyətini vurub məhv etməklə, açıq-aşkar təcavüz, suverenliyin həyasızcasına pozulmasıdır. Suriya dövlətinə və xalqına qarşı və bu qardaş ölkədə sabitliyi pozmaq cəhdidir." 

Bəyanatda həmçinin sionist İsrailin Livan və Qəzzaya davam edən hücumlarına toxunulub və İsrailə bütün siyasi və hüquqi sahələrdə təzyiq göstərilməsinə çağırılıb.

“Suriyaya və onun xalqına dəstəyimizi təsdiq etməklə yanaşı, Suriya torpaqlarının və xalqının birliyinin qorunub saxlanmalı olduğunu vurğulayırıq”, - deyə bəyanatda qeyd olunub. 

Xəbəri paylaş

VİDEOLAR