Hizbullahdan İsrailin hücumuna reaksiya: Cavabsız qalmayacaq!

Hizbullahdan İsrailin hücumuna reaksiya: Cavabsız qalmayacaq!

Livanın Hizbullah Hərəkatı sionist rejimin Livanın cənubundakı Əl-Haberiyah Tibb Mərkəzində xəstələr və tibb işçilərinə hücumunu kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah öz bəyanatında sionist rejimin bu hücumunu qətiyyətlə pisləyib və bunun cavabsız qalmayacağını vurğulayıb.
Hizbullah şəhidlərin ailələrinə başsağlığı verib, Allahdan səbr və yaralılara tezliklə şəfa diləyib.
Xatırladaq ki, sionist rejimin bu gün səhər saatlarında Livanın cənubundakı Haberiyə bölgəsindəki İslami Tibb Mərkəzini bombalaması nəticəsində 7 nəfər şəhid olub.
Livanın fövqəladə hallar xidməti bu hücuma reaksiya verərək bildirib:

"Bu hücum bütün qanunlar və standartlar baxımından dəhşətli cinayət və beynəlxalq hüququn pozulmasıdır".
Bu təşkilat bu cinayəti törədənlərin beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün lazımi tədbirlərin görülməsini tələb edib.
Onu da qeyd edək ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah bundan əvvəl dinc əhalinin qanının qiymətinin sionist rejimin alətləri və casusluq ləvazimatları deyil, qanın özü olduğunu vurğulamışdı.

Xəbəri paylaş

VİDEOLAR