Hizbullahdan İsrailə qarşı əməliyyat: Ölən və yaralananlar var

Hizbullahdan İsrailə qarşı əməliyyat: Ölən və yaralananlar var

Hizbullah Müqavimət Hərəkatı Livanın cənubundan sərhəddə işğalçı İsrail ordusunun hərbi mövqe və hədəflərinə qarşı müxtəlif silahlarla əməliyyat keçirildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı işğalçı İsrailə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı açıqlama verib.

Bəyanatda işğalçı İsrailin Dovev işğal bölməsində Merkava tipli hərbi tanka birbaşa atəş açıldığı və nəticədə sionist əsgərlər arasında ölən və yaralananların olduğu bildirilib.

Bundan əlavə, bəyanatda sionist İsrailin Cəl əl Alem və Zibdin mövqelərinin artilleriya atəşi ilə vurulduğu bildirilib.

Oktyabrın 8-dən Livan sərhədində Hizbullah və işğalçı qüvvələr arasında qarşılıqlı hücumlar həyata keçirilir.

Xəbəri paylaş

VİDEOLAR