Hizbullahdan İsrailə HÜCUM

Hizbullahdan İsrailə HÜCUM

Hizbullah sionist İsrailin sərhəd bölgəsində yerləşən yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın verdiyi açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib.

Bəyanatda sionist İsrailin sərhəd xəttində yerləşən Meron qəsəbəsinə onlarla “Katyuşa” raketinin atıldığı bildirilib.

Qeyd edilib ki, bombardman “İsrailin Livanın cənubundakı kəndlərə və mülki evlərə, xüsusilə Kuzah, Merkebe və Sribbin şəhərlərinə hücumlarına cavab olaraq” həyata keçirilib.

Xəbəri paylaş

VİDEOLAR