Livan Hizbullahı Əqsa tufanı əməliyyatı başlayandan bəri sərhəddəki işğal rejimi hədəflərinə qarşı ən intensiv bombardmanlarını həyata keçirib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı işğalçı İsrailə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı yazılı açıqlama verib.
Bəyanatda bildirilib ki, sionist İsrailin şimalındakı Safed şəhəri yaxınlığında, sərhəddən ən azı 10 kilometr aralıda yerləşən Ayn Zeytim hərbi məntəqəsinə 48 Katyuşa raketi atılıb.
Bundan əlavə, sionist İsrailin işğalı altında olan Fələstin sərhədində yerləşən Harba Maar, Marabda, Birka Rişe, Cəl əl Alem, Ed-Duhayra hərbi məntəqələri və Sasa işğal birliyinə toplaşan işğalçı əsgərlərin rəhbər təyin olunan hərbçilərlə hədəf alındığı qeyd edilib.
Hizbullah verdiyi açıqlamada, işğalçı hücum nəticəsində müavini Məhəmməd Raadın oğlu Abbas da daxil olmaqla daha 5 üzvünün şəhid olduğunu açıqlayıb.
Hizbullahın bəyanatlarına əsasən, oktyabrın 8-dən bəri Livan-Fələstin sərhədində baş verən qarşıdurmalarda 120-dən çox sionist əsgər ölüb və yaralanıb.