Livan Hizbullah Hərəkatı bir bəyanatda Əl-Cəlil ordusunun qərargahı və sionist rejim ordusunun logistika anbarlarına onlarla raket atıldığını elan edib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı ölkənin cənubundan İsrailə qarşı yeni əməliyyatlar barədə açıqlama verib.
Hizbullah Hərəkatı ayrı-ayrılıqda bəyanatlar verərək sionist rejimin üç hərbi məntəqəsi və bazasının raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alındığını və sionist düşmənin itkilər verdiyini açıqlayıb.
Hizbullahın verdiyi digər bəyanatda Livanda işğal altında olan Şəba tarlalarında sionist rejimin “Zibdin” hərbi bazasına qarşı raket əməliyyatının həyata keçirildiyi bildirilib. Açıqlamada, hücumun 'tam zərbə' ilə düşmən mövqelərini hədəf aldığı bildirilib.
Livan İslami Müqaviməti bu gün səhər ayrı bir bəyanatda sionistlərin Rəisətul-Aləm mövqeyinə doğru irəliləyən işğalçılara məxsus Merkava tankının idarə olunan raketlə hədəfə alındığını elan edib.
Hizbullahın verdiyi bəyanatda PUA-nın hücumunda sionist rejimin əsgər və zabitlərinin yerləşdiyi nöqtənin hədəfə alındığı, PUA-nın birbaşa hədəfləri vuraraq düşmənin itkisinə səbəb olduğu bildirilib.
Xəbər mənbələri işğal altındakı Fələstinin şimalındakı Əl-Cəlildə Livanın cənubundan gələn raket atışlarından sonra fəlakət sireninin eşidildiyini bildirib.
Hizbullah öz bəyanatında bildirib ki, Qəzzə xalqı və Fələstinin cəsur və şərəfli müqavimətini dəstəkləmək üçün Livan İslami Müqavimət döyüşçüləri sionist rejimin "Mərc" hərbi bazasını raketlərlə hədəfə alıb və düşmənə itki veriblər.