Hizbullahdan "Figaro" qəzetinin Əqsa tufanı ilə bağlı iddiasına CAVAB

Hizbullahdan

Livanın Hizbullah Hərəkatı "Fiqaro" qəzetinin "Əqsa tufanı əməliyyatının sirləri açıqlandı" iddiasına reaksiya verib və bunun tam bir fantaziya və sionist rejimin lehinə irəli sürülən iddia olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının ictimaiyyətlə əlaqələr bölməsi Fransanın "Fiqaro" qəzetinin Əl-Əqsa tufanı əməliyyatı ilə bağlı iddiasına reaksiya verib və bu iddiaları müqavimət hərəkatları arasında etimadı zəiflətməyə yönəlmiş əsassız fantaziyalar kimi qiymətləndirib.

Fransanın “Fiqaro” qəzeti “George Malbruno” adlı məqaləsində bu iddiaları irəli sürüb: “Həmas İordaniyadakı rəhbərliyinə yaxın bir mənbə deyib: HƏMAS-ın Qəzzadakı lideri Yəhya əs-Sinvar, hücumun başlamasına cəmi yarım saat qalmış, Oktyabrın 7-də səhər saat 6.30-da HƏMAS-ın Siyasi İdarəsinin rəhbərinin müavini Saleh Aruri ilə telefon danışığında ondan Seyid Həsən Nəsrullahı ziyarət etməyi və gedib ona məlumat verməsini xahiş edib".

Dünən HƏMAS hərəkatı Fransa mediasının HƏMAS-ın əməliyyatdan bir saat əvvəl Hizbullaha məlumat verdiyi iddiasını təkzib edərək, Fiqaronun hesabatında dərc olunan məlumatların yalanlarla dolu olduğunu və düşmən İsrailin maraqlarına uyğun olduğunu bəyan edib.

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın Əl-Əqsa tufanı əməliyyatı ilə bağlı ilk açıqlamasını xatırladan Livan Hizbullahı bu açıqlamaları verib: 

"Fiqaro-nun irəli sürdükləri yalandır və bu iddialar onların zalım, qatil və işğalçıların tərəfini tutan, faktlara və bəşəri dəyərlərə məhəl qoymayan digər qərb mediaları kimi sionist rejimini dəstəkləyərək nə qədər qeyri-peşəkar və mənəvi cəhətdən korlanmış olduqlarını göstərir".

Seyid Həsən Nəsrullah daha əvvəl bu əməliyyatdan xəbərsiz olduğunu və bu əməliyyatın planlaşdırılması, hazırlanması, icrası və vaxtının tamamilə Fələstinə aid olduğunu bildirmişdi. Nəsrullah bu əməliyyatın tam sirrinin bu əməliyyatın görünən uğurunun açarı olduğunu söyləyərək deyib:

"Bu gün bu əməliyyat bir çox cəbhə və arenaya yayılıb".

Xəbəri paylaş

VİDEOLAR