İraq Hizbullahının Baş Katibi bildirib ki, xalqın silahı onların namusunu, müqəddəslərini və torpaqlarını qorumaq üçün bir təhlükəsizlik vasitəsi və möhkəm sipərdir və belə də qalacaqdır.
Az.rasthaber.com xəbər verir ki, İraq Hizbullah Briqadalarının Baş Katibi Əbu Hüseyn əl-Hamidavi vurğulayıb ki, işğalçılara müqavimət göstərmək və təcavüzkarları dayandırmaq qanunlar və dinlər tərəfindən təmin edilmiş qanuni bir haqqdır.
Hamidavi belə deyib:
“Xalqın silahı onların namusunu, müqəddəslərini və torpaqlarını qorumaq üçün bir təhlükəsizlik vasitəsi və möhkəm sipərdir və belə də qalmaqda davam edəcək. Biz müqavimətin inkişaf etmiş silahlarla dəstəklənməsinə, texniki imkanlarının gücləndirilməsinə və müdafiə qabiliyyətlərinin artırılmasına çağırırıq.
Zülmə məruz qalanlara dəstək olmaq və İslam ümmətini, xüsusilə də Fələstin məsələsini müdafiə etmək bu briqadaların əsas hədəfi olub və olaraq qalmaqdadır. Biz müqəddəs məkanlarımızı sionistlərdən təmizləmək üçün hər zaman daha çox fədakarlıq etməyə hazırıq.”