Hizbullah tərksilah iddialarını qəti şəkildə təkzib edib

Hizbullah tərksilah iddialarını qəti şəkildə təkzib edib

İraqdakı Hizbullah Briqadaları Reuters agentliyinin “İraq müqavimət qrupları tərksilah olmağa hazırlaşır” xəbərini qəti şəkildə təkzib edib.

Az.rasthaber.com xəbər verir ki, Əl-Mayadeen-in məlumatına görə, Hizbullah Briqadaları bəyanat yayaraq, bazar ertəsi Reuters agentliyinin adı açıqlanmayan komandirə istinadən yaydığı xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, bəyanatda deyilir: "Rəsmi açıqlamalar yalnız hərəkatın sözçüsü vasitəsilə verilir. Bu cür dezinformasiyalara etibar etmək olmaz". 

Reuters öz hesabatında İraqdakı bəzi silahlı qrupların ABŞ-ın yeni administrasiyası ilə gərginliyi artırmamaq üçün silahlarını yerə qoymağa hazır olduqlarını iddia etmişdi. Hizbullah Briqadaları bu iddianı “əsassız və qəsdən” adlandırıb.

Xəbəri paylaş

VİDEOLAR