Livan Hizbullahı bu gün sionist mühacirlər məskunlaşmış qəsəbələrə və hərbi mövqelərə raket zərbələri endirdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Livan Hizbullahı bəyanat yayaraq Qəzzə əhalisinə və Fələstin müqavimətinə dəstək, Livan və onun xalqını müdafiə etmək çərçivəsində bu gün səhər saat 7:30-da sionist rejimin ordu qüvvələrinin "Əl-Mutla" bazasında mövqelərini raket hücumları ilə hədəfə aldığını bildirib. Yuxarıda qeyd olunan çərçivədə səhər saat 8:45-də Hizbullah sionist qüvvələrin "Əl Xəyyam" şəhərinin şərqində mövqeyini raket hücumları ilə hədəfə alıb. Livanın İslam müqaviməti döyüşçüləri saat 9:10-da “Maalut Tarşiha” qəsəbəsinə raket zərbəsi endiriblər. Eyni zamanda Hizbullah raket hücumlarında “Hatsur Haqlilit” qəsəbəsini hədəfə alıb.