Az.rasthaber.com xəbər verir ki, avstraliyalı akademik Tim Anderson Hizbullahın ötən bazar günü hədəf aldığı Glilot bazasındakı Unit 8200 adlı kəşfiyyat mərkəzinin rəhbəri Yossi Sarielin öldüyünü deyib
“İsrail-İngiltərə kəşfiyyat mənbələrinə görə, bazar günü səhər hücumdan sonra onunla əlaqə kəsilib və bu, onun köməkçi zabitləri və bir sıra əsgərlərlə birlikdə öldürüldüyünü təsdiqləyir”, - Tim Anderson açıqlamasında deyib.
Hizbullah 25 avqustda 340 raket ataraq İsrailə qarşı Ərbəin adlı əməliyyata başlayıb və şimaldakı 11 hərbi baza və Tel-Əviv yaxınlığındakı Glilot bazasını hədəf alıb.
İşğalçı İsrail rejiminin Elektron Kəşfiyyat Qurumu 8200, SIGINT siqnallarının toplanması, şifrənin açılması və elektron casusluqdan məsul olan sionist kəşfiyyat agentliyidir.