Hizbullah sionist rejimin Suriyaya qarşı ardıcıl hava və quru təcavüzlərini qınayaraq, vurğulayıb ki, işğalçıların cinayətləri qarşısında yolverilməzdir və İslam və ərəb ölkələri və beynəlxalq ictimaiyyət Suriya xalqını qorumaq üçün öz öhdəliklərini yerinə yetirməlidirlər.
Hizbullah əlavə edib: "Biz həmişə bölgədə sionist rejimin ambisiyalarına qarşı xəbərdarlıq etmişik və işğalçının öz məqsədlərinə çatmasının qarşısını almaq üçün onlara qarşı müqavimət göstərmişik. Biz, həmçinin dəfələrlə vurğulamışıq ki, işğalçı rejimin Qəzzəyə qarşı təcavüzləri soyqırım müharibəsi və bölgənin simasını dəyişdirmək və Fələstin məsələsinə son qoymaq üçün başlanğıc nöqtəsidir".
Bəyanatın davamında deyilir: “Amerikanın qeyri-məhdud dəstəyi ilə Suriyaya qarşı cinayətkar təcavüzlər qarşısında ərəb və İslam ölkələrinin və beynəlxalq ictimaiyyətin mütləq sükutu və bu təcavüzlə üzləşmək, Fələstin xalqını və onun qanuni hüquqlarını dəstəkləmək üçün əməli tədbirlərin görülməməsi sionistlərin region ölkələrinə əl uzatmaqda israrlı olmasına səbəb olub".
Hizbullah vurğulayıb ki, sionist rejimin məqsədlərinə çatmasına mane olacaq bütün addımlar atılmalıdır, Suriyaya və onun xalqına qarşı bu qəddar təcavüzə səssiz qalmaq yolverilməzdir. Bu gün Suriyada milli və siyasi səviyyədə baş verənlər və nəticədə daxili və xarici siyasi seçimlər hər hansı xarici təsir və təzyiqlərdən asılı olmayaraq, Suriya xalqının müstəsna hüququdur.
Bəyanatın sonunda deyilir: “Biz ümid edirik ki, Suriya öz xalqının seçimi ilə sabitliyə nail olacaq və sionist rejimin işğalçılığını rədd edən, özünün işlərinə xarici müdaxilənin qarşısını alan bir mövqedə qərarlaşacaq. Biz Suriya və onun xalqının öz gələcəyini yaratmaq hüququnu və qəsbkar sionist düşmənlə mübarizəsini dəstəkləyəcəyik”.