Hizbullah sionist rejimə məxsus PUA-nı vurub

Hizbullah sionist rejimə məxsus PUA-nı vurub

Hizbullah Livanın hava məkanını pozan sionist rejimə məxsus Hermes-900 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının bəyanatına əsasən, 2023-cü il oktyabrın 8-dən etibarən sionist rejim ordusu ilə sərhəd bölgəsi arasında gedən qarşıdurmalarda Hermes-900 tipli PUA ikinci dəfə vurulub.

Bəyanatda sözügedən PUA-nın Livan ərazisində vurulduğu bildirilsə də, əlavə təfərrüatlar verilməyib.

Xəbəri paylaş

VİDEOLAR