Hizbullah sionist İsrailin hərbi kəşfiyyat bazasını vurdu

Hizbullah sionist İsrailin hərbi kəşfiyyat bazasını vurdu

Livan Hizbullah Hərəkatının qatil İsrail ordusuna aid Glilot hərbi kəşfiyyat bazasına raket hücumu həyata keçirdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın mətbuat xidmətinin verdiyi açıqlamaya görə, sionist İsrail ordusunun Təl-Əviv ətrafında yerləşən Qlilot hərbi kəşfiyyat bazasına raket hücumu həyata keçirilib.

Bəyanatda deyilir: “İslami müqavimət hərəkatının döyüşçüləri Livan-Fələstin sərhədinin 110 kilometrliyində, Təl-Əviv ətraflarında yerləşən Hərbi Kəşfiyyat 8200-ün Glilot bazasını dəqiq raketlərlə vurublar”.

Hizbullahın bu hücumu soyqırım İsrail sərhəd bölgəsində yerləşən hərbi hədəflərə bir gündə üçüncü hücumdur.

Hizbullahın digər bəyanatında işğalçı İsrail ordusunun Livan sərhədi yaxınlığında yerləşən Mitula qəsəbəsindəki əməliyyat qərargahına və Akka şəhərindəki Şərağa bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyi bildirilib.

Livanın müqavimət qüvvələri sionist İsrailin Dişon qəsəbəsində artilleriya bölmələrinə hücum edib və Livan yaşayış məntəqələrini də vurub.

Hizbullahın açıqlamalarına görə, bazar günü ərzində sərhədin müxtəlif bölgələrində yerləşdirilmiş qatil İsrail ordusunun əsgərlərinə qarşı təxminən 10 hücum təşkil edilib.

Xəbəri paylaş

VİDEOLAR