Hizbullah Mossadın komandanlıq mərkəzini vurdu

Hizbullah Mossadın komandanlıq mərkəzini vurdu

Livanın Hizbullah hərəkatı sionist İsrailin Livandakı peycer hücumlarına cavab olaraq Təl-Əviv yaxınlığındakı Mossad komandanlıq mərkəzinə raket hücumu həyata keçirildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu, münaqişə başlayandan bəri Livandan işğalçı İsrailə atılan ilk raket idi.

Sionist İsrail ordusunun radiosu bəyan edib ki, Təl-Əviv bölgəsi Hizbullahla münaqişə başlayandan bəri ilk dəfə Livandan raket hücumlarına məruz qalıb.

Təl-Əviv yaxınlığındakı raket hücumuna görə məsuliyyəti öz üzərinə götürən Hizbullah, hücumda sionist İsrail kəşfiyyat xidməti Mossad-ın komanda mərkəzinin hədəf alındığını bəyan edib.

Hizbullahın Telegram hesabında edilən açıqlamada bildirilib:

"Müqavimət qüvvələrinin döyüşçüləri Livanda bir qrup komandirin öldürülməsinə, peycerlərin və simsiz rabitə cihazlarının partlamasına cavabdeh olan Mossad-ın komanda mərkəzini məhv etmək üçün Qader-1 (Fate-1) ballistik raketindən istifadə ediblər.

Xəbəri paylaş

VİDEOLAR