Livandakı Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim Livanın sionist İsrail işğalından azad edilməsinin 25-ci ildönümü münasibəti ilə çıxış edib.
Az.rasthaber.com xəbər verir ki, Livandakı Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim çıxışında mövcud hadisələri dəyərləndirib.
Müqavimət və Qurtuluş Günü münasibəti ilə çıxış edən Nəim Qasim deyib:
''Azadlıq zəfəri Livanın bölgədə və dünyada nüfuzunu artırdı, ölkəni gücləndirdi. Düşmən İsrailə boyun əyməkdən imtina edən və işğalı qəbul etməyən ləyaqətli bir xalqın müqavimət göstərməsi çox təbii idi.
“1985-2000-ci illər arasında sərhəd xətti İsrail düşməninin işğalı altında idi” deyən Nəim Qasim bu səbəbdən müqavimət əməliyyatlarının davam etdiyini qeyd edib.
İşğalçı rejimin gecə yarısı Livandan qaçdığını bildirən Hizbullah lideri bildirib:
"Onlar muzdlularına xəbər vermədən getdilər. 2000-ci il mayın 25-i müqavimətin və Livan xalqının böyük qələbəsidir".
Şəhid Seyid Həsən Nəsrullahın həmin dövrdə göstərdiyi səyləri təqdir edən Nəim Qasim deyib:
“Ümmət şəhidi Nəsrullah zəfərə qarşı müqaviməti daşıyan parlaq bir cəvahirat idi”.
Hizbullah Hərəkatının lideri bildirib:
"Müqavimət susmayacaq və ədalətsizliyə təslim olmayacaq. Sionist düşmənlə müharibə hələ bitməyib. Çünki düşmən atəşkəs razılaşmasını pozur".