Seyid Həsən Nəsrullah "Al Manar TV"də bu barədə canlı çıxışında açıqlamalar verib.
Rasthaber Azərbaycan eastnews.org-a istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının rəhbəri Seyid Həsən Nəsrullah "Al Manar TV"də canlı çıxışında açıqlamalar verib.
Nəsrullah çıxışında ABŞ rəhbərliyinin İrana və müqavimət qruplarına aid saytları ələ keçirməsindən bəhs edib və "ABŞ əsassız bəhanələrlə İrana və müqavimət çevrəsinə aid saytları blokladı", - deyə bildirib.
Həsən Nəsrullah "Bu qərar bir daha Vaşinqtonun fərqli hökumətlərinin ifadə azadlığının tərəfdarı olması iddialarının yalan olduğunu təkrar göstərdi", - söyləyib. Nəsrullah sözlərinə belə davam edib:
"Hər zaman anti-sionist mövqe tutan müqavimət saytları Təl-Əvivin regiondakı və dünyadakı təcavüzkar fəaliyyətlərinə müxalif olduqlarını hayqırdıqları üçün ABŞ tərəfindən donduruldu. Bu saytlar hər zaman ABŞ-ın regiondakı hegemonluğunu genişləndirmək və region ölkələri arasında qarşıdurma yaratmaq layihələrinə qarşı çıxıb".