Hizbullah lideri: 1982-ci ildə Livanı müqavimət qoruyub saxladı

Hizbullah lideri: 1982-ci ildə Livanı müqavimət qoruyub saxladı

İsrail rejiminin 1982-ci ildəki hücumu nəticəsində Livan və onun kimliyini ancaq müqavimət qoruyub saxlayıb.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, bu barədə Livanın "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah bəyan edib.

O bildirib ki, düşmənlərin bütün planlar və təzyiqlərinə baxmayaraq, müqavimət gücləri İsrail rejiminin iddiaları ilə mübarizəni, Livanı qorumağa və işğal edilmiş Fələstinə dəstək verməyə davam edir.

Seyid Həsən Nəsrullahın qeyd edib ki, 1982-ci ildə Livanın kimliyini təhlükə ilə üzləşmişdi və Livan ərazisinin İsrail rejimi və onun sionist layihəsinə birləşdirilməsi planlaşdırılırdı.

Livanın azad edilməsi, onun suverenliyinin bərpası və yeni həqiqi müstəqilliyin, azadlığın, ləyaqətin və iftixarın yaradılması müqavimətin bütün fraksiyalarının, o cümlədən də "Hizbullah"-ın mübarizə və müqaviməti olmadan mümkün olmazdı. Məhz bu, 1982-ci ildəki İsrail rejimi müdaxiləsi nəticəsində, demək olar ki, tam məhv edilmiş Livanın kimliyini qoruyub saxlayıb və "biz onu qorumağa davam edəcəyik".

"Hizbullah" lideri müqavimətin gücünün artdığını xatırladıb. Bu gün müqavimət arsenalında olan minlərlə raketi yüksək dəqiqlikli raketlərə çevirmək imkanına sahibdir. Onun gücü birdən-birə yaranmayıb, uzun illər ərzində artıb.

Qeyd edilib ki, müqavimətin ən mühüm hissəsini insanlar təşkil edir və onların sayəsində müqavimət və onun nailiyyət və missiyaları artır.

O əlavə edib ki, İsrail rejimi düşüş vəziyyətindədir və məhvə doğru hərəkət edir və bu məsələ yalnız zaman məsələsidir.

"Bu barədə düşmənin ali rəhbərbərləri və elmi-araşdırma institutlarnın başçıları da danışırlar və qeyd edirlər ki, regionun gələcəyi 80 və 90-cı illərin hesablamalarından fərqlidir... Onlar tam iflasa uğrayıblar", - deyə vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR