Sionist İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumunda bir Hizbullah üzvünün şəhid olduğu bildirilib.
Az.rasthaber.com xəbər verir ki, Hizbullah rəsmi Telegram hesabında yazılı açıqlama yayıb.
Açıqlamada Livanın cənubundakı Zibdin qəsəbəsindən olan 37 yaşlı Hizbullah üzvü Əli Cəmaləddin Cavadın şəhid olduğu bildirilib.
Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən etibarən Livanın cənubuna endirdiyi hava zərbələrində 394 Hizbullah üzvü şəhid olub.