Sionist rejim ordusunun Beyruta həyata keçirdiyi hücumda Hizbullah komandiri İbrahim Kubeysinin şəhid olduğu açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail Beyrutda Hizbullah komandirini hədəf alıb.
Təhlükəsizlik mənbələri hücumda Hizbullah komandiri İbrahim Kubeysinin şəhid olduğunu bildirib.
Hizbullah, yüksək komandiri Kubeysinin İsrailin qanlı hücumunda şəhid olduğunu təsdiqləyib.
Şəhid Kubeysinin təşkilatın raket bölməsinin rəhbəri olduğu bildirilib.
Hizbullah öz şəhidlərinin qanının qisasını sionist düşməndən alacağını bəyan edib.