Hizbullah Əkkadakı Şraqa bazasını vurdu

Hizbullah Əkkadakı Şraqa bazasını vurdu

Hizbullah bəyanatında cümə axşamı günü işğal olunmuş Fələstində sionist rejimin mövqelərinə qarşı 32 əməliyyat həyata keçirdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı bir neçə dəqiqə əvvəl yayımladığı bəyanatda işğal altındakı Əkka şəhərinin şimalında yerləşən İsrailin Şraqa bazasının raket hücumu ilə hədəf alındığını açıqlayıb.

Hizbullah başqa bir açıqlamada Xeybər əməliyyatları silsiləsi çərçivəsində ilk dəfə Təl-Əvivdəki “Tel Hayim” bazasını hədəf aldığını bildirib.

Bu baza İsrail ordusunun Livan sərhədindən 120 kilometr aralıda yerləşən Təl-Əviv şəhərindəki kəşfiyyat bölməsidir.

Hizbullah başqa bir bəyanatda İsrail qüvvələrinin Tirharfa qəsəbəsinin qərb ətrafında toplaşdığı yerə raket hücumu təşkil etdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR