Sionist İsrail mediası Hizbullahın hava hücumlarının Kiryat Şmona bölgəsində 2 sionist israillinin ölümünə və 8 nəfərin yaralanmasına səbəb olduğunu açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İsrail mediasındakı xəbərlərdə sionist İsrailin şimalına hava hücumları nəticəsində Kiryat Şmonada 2 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı bildirilib.
Sionist İsrail ordusu Hizbullahın Livandan İsrailin şimalındakı Qaliley və Hayfaya təxminən 40 raket atdığını aşkarladığını və raketlərin əksəriyyətinin Kiryat Şmona bölgəsinə atıldığını bildirib.
Kiryat Şmona hücumuna görə məsuliyyəti Hizbullah öz üzərinə götürüb.
Bundan əlavə, sionist İsrail ordusu cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsində müxtəlif məntəqələrə hava hücumları təşkil edərək, Hizbullahın silah və kəşfiyyat obyektlərinə qarşı hava zərbələri endirib.