Hizbullah İsraillə bağlı xəbərdarlıq etdi

Hizbullah İsraillə bağlı xəbərdarlıq etdi

Hizbullah sionist İsrailin Livanın şərqindəki Bekaa bölgəsinə atdığı vərəqələrə diqqətli olmaları barədə xəbərdarlıq edib və xalqdan təxliyyə etməli olduqları hədəf əraziləri öyrənmək üçün ştrix-kodları skan etmələrini istəyib.

Az.rasthaber.com xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Hizbullahın mətbuatla əlaqələr ofisindən verilən açıqlamada, İsrailin "Livanın şərqindəki Bekaa bölgəsinə ştrix kodlu vərəqələr atdığı və başqa yerlərə göndərməyi planlaşdırdığı" bildirilib.

Açıqlamada bildirilib:

"Barkodu açmamalı və paylaşmamalı, birbaşa məhv etməlisiniz. Çünki bu çox təhlükəlidir. Barkodlar sizdə olan bütün məlumatları ələ keçirir və təhlükəsizliyinizi təhdid edir. Xahiş edirəm diqqətli və ehtiyatlı olun".

Digər tərəfdən, Livanın Səhiyyə naziri Firas əl-Ebyad verdiyi açıqlamada, qatil İsrailin davam edən hücumlarına və baş verən hadisələrə qarşı tədbir olaraq ölkədəki bütün uşaq bağçalarının həftə sonuna qədər bağlandığını bildirib.

Livanın təhsil və ali təhsil naziri Abbas əl-Halebi də ölkədə təhsilin dayandırılmasının həftə sonuna qədər uzadıldığını açıqlayıb.

Halebi dövlət məktəblərinin məcburi köçkünlərin qəbuluna və onlara köməklik göstərməsinə xidmət edəcəyini bildirib.

Halebi qeyd edib ki, təhsilin dayandırılmasına Livan Universiteti və bütün özəl ali təhsil müəssisələri də daxildir.

Xəbəri paylaş

VİDEOLAR