Hizbullah İsrailin “Qolani” briqadasının qərargahına raket zərbəsi endirib

Hizbullah İsrailin “Qolani” briqadasının qərargahına raket zərbəsi endirib

Livan Hizbullahı şənbə günü sionist rejimin mühüm bazalarına qarşı yeni raket zərbələri endirdiyni bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatı yaydığı bəyanatda bildirib ki, Qəzzə əhalisinə və Fələstin müqavimətinə dəstək, eləcə də Livan və onun xalqının müdafiəsi çərçivəsində bu gün səhər saat 10:00-da Əkkanın şimalında yerləşən “Şraqa” bazasına (Qolani briqada komandanlığının inzibati qərargahı) raket zərbəsi endibib. 

 

Hizbullah başqa bir bəyanat yayaraq bildirib ki, yuxarıda qeyd olunan çərçivədə şənbə günü saat 11:00-da sionist rejim qüvvələrinin qərb briqadasının qərargahında "Yara" kazarmasında toplaşdığı yerə raket hücumu həyata keçirib. 

 

Livan Hizbullahı həmçinin, şənbə günü səhər saat 10:55-də bir neçə raketlə Livan sərhədlərindən 35 kilometr aralıda yerləşən və Hayfanın şimal-qərbində yerləşən “Satila Maris” hərbi dəniz bazasına (şimal sahilində strateji hərbi dəniz müşahidə bazası) hücum edib.

Xəbəri paylaş

VİDEOLAR