Hizbullah İsrailin kəşfiyyat bazasını vurdu

Hizbullah İsrailin kəşfiyyat bazasını vurdu

Livan Hizbullah Hərəkatı cavab əməliyyatı çərçivəsində Fələstinin şimalında İsrail ordusuna aid bir casus bazasını hədəf aldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah ölkənin cənubunda işğalçı İsrail qüvvələrinə qarşı keçirdiyi müqavimət əməliyyatları ilə bağlı açıqlama verib.

Hizbullahın dünən verdiyi 11-ci yazılı açıqlamada bildirilib: "İsrail ordusunun işğal altındakı Fələstinin şimalında yerləşən "Mişar" hərbi kəşfiyyat bazası çoxlu raketlərlə hədəfə alınıb".

Hizbullah cümə axşamı sionistlərə qarşı 11 əməliyyat həyata keçirib. Hizbullah daha əvvəl 50 raketlə işğal altındakı Kiryat Ata rayonunu hədəf aldığını bəyan etmişdi.

Hizbullahın verdiyi açıqlamada Qiryat Ata yaşayış məntəqəsinin ilk dəfə istifadə edilən "Fadi 1" raketləri ilə hücuma məruz qaldığı, İsrailin şimalındakı Tiberiya şəhərinin də çoxlu raketlə hədəfə alındığı qeyd edilib.

Sionist İsrail ordusundan verilən açıqlamada Livandan göndərilən 4 PUA-nın Ras Nakura sahillərində müdaxilə edildiyi bildirilib.

Livan Hizbullah Hərəkatı 8 oktyabr 2023-cü il tarixindən etibarən Fələstin müqavimətinə və Qəzzaya dəstək olaraq İsrailin hərbi mövqelərinə qarşı əməliyyatlar həyata keçirir.

Xəbəri paylaş

VİDEOLAR