Hizbullah İsrailin hərbi nöqtələrini hədəf aldı

Hizbullah İsrailin hərbi nöqtələrini hədəf aldı

Ərəb mediasında yer alan xəbərə görə, Livan Hizbullah Hərəkatı sionistlərə məxsus 8 hərbi məntəqəni hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın verdiyi açıqlamada yəhudi qəsəbəsinə yaxın yeni bir komanda mərkəzinin vurulduğu, hücum nəticəsində ölən və yaralananların olduğu bildirilib.

İsrailin şimalındakı Sasanın şərqində də 4 İsrail əsgərinin hədəfə alındığı və yaralandığı bildirilib.

Hizbullah həmçinin Livanın işğal altındakı Honin kəndi ətrafındakı bölgədə İsrail hərbi maşınları və əsgərlərinin hədəf alındığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR