Bildirilib ki, Livan Hizbullah Hərəkatı Borkan raketi ilə sionist İsrailin Branit hərbi bazasını hədəf alıb.
Az.rasthaber.com xəbər verir ki, Qətərin Əl-Cəzirə xəbər kanalı Hizbullah Hərəkatının Borkan raketi ilə sionist İsrailin Branit hərbi bazasını hədəf aldığını bildirib.
Xəbərdə sionist İsrail ordusunun 91-ci diviziyasının Branit bazasındakı komanda mərkəzinin hədəfə alındığı bildirilib.
Hizbullah noyabrın 16-da Livanın cənubunda sionist İsrailə məxsus 4 hərbi məntəqəni hədəfə aldığını açıqlayıb.
Açıqlamada İsrailin sərhəddəki Misgav Am, Bayda Blida, Yiftah və Metula hərbi məntəqələrinə "uyğun silahlarla" hücum təşkil edildiyi qeyd edilib.