Hizbullah sionist İsrailin Təl-Əvivdəki Tel Haim hərbi bazasının “ixtisaslı raketlərlə” hədəf alındığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, qatil İsrailin Fələstinə və Livana hücumlarına görə daha bir cavab Hizbullahdan gəldi.
Hizbullahın verdiyi açıqlamada sionist İsrailin Təl-Əviv şəhərindəki Tel Haim hərbi bazasının “ixtisaslı raketlərlə” hədəf alındığı bildirilib.
Soyqırım törədən İsrail ordusunun hərbi kəşfiyyat şöbəsinə aid olduğu bildirilən bazanın Livan sərhədindən təxminən 120 kilometr aralıda olduğu qeyd edilib.
Hizbullaha yaxın sosial media hesablarında hücumun görüntüsü paylaşılarkən, İsrail məsələ ilə bağlı açıqlama verməyib.