Hizbullah: İsrail qüvvələrinin mövqelərini vurduq

Hizbullah: İsrail qüvvələrinin mövqelərini vurduq

Hizbullah Hərəkatı Livanın cənubunda sionist İsrail məntəqələrinə hücumun məsuliyyətini öz üzərinə götürüb.

Az.rasthaber.com xəbər verir ki, Təl-Əviv rejimi Livan ərazisindən atılan tank əleyhinə raketin hərbi nöqtəyə düşdüyünü təsdiqləyib.

İşğal ordusunun bu bəyanatından sonra Livan Hizbullah Hərəkatı da açıqlama verərək raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Bəyanatda bu hərəkətin sionist İsrailin bazar ertəsi həyata keçirdiyi və üç Hizbullah üzvünün ölümünə səbəb olan hücuma qarşılıq olduğu qeyd edilib.

Cavab əməliyyatının düşmən cəbhəsində bir neçə nəfərin ölümü və yaralanmasına səbəb olduğu bildirilən bəyanatda bildirilib:

"İslam müqaviməti olaraq bir daha vurğulayırıq ki, sionist rejimin ölkəni və xalqımızın təhlükəsizliyini hədəf alan hücumlarına qətiyyətlə cavab verəcəyik".

Qeyd edəkki, Livan və Suriya ərazisindən işğalçıların mövqelərinə raket zərbələri endirdiyi açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR