Hizbullah İsrail qüvvələrini geri çəkilməyə məcbur etdi

Hizbullah İsrail qüvvələrini geri çəkilməyə məcbur etdi

Livanın Hizbullah Hərəkatı Livanın cənubundakı Nəbatiyyə vilayətinin Merc-Uyun rayonunun Əl-Adise qəsəbəsinə sızmağa çalışan İsrail piyada qüvvələrinə qarşı çıxdığını, onlarla toqquşduğunu və itkilər verərək onları geri çəkilməyə məcbur etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Hizbullah döyüşçülərinin bu gün səhər saatlarında Hallet El-Mehafir istiqamətindən Əl-Adise qəsəbəsinə soxulmağa çalışan İsrail piyada qüvvələrinə qarşı çıxdıqları, onlarla toqquşaraq itkilər verdikləri və geri çəkilməyə məcbur edildiyi bildirilib.

Hizbullah dünən səhər saatlarında Təl-Əvivin Livanın cənubunda quru əməliyyatına başladığını elan etdikdən sonra ilk dəfə olaraq İsrail piyada qüvvələri ilə qarşıdurmaya girdiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR