Livan Hizbullahı ABŞ-ın İraq və Suriyada 5 nöqtəyə hava zərbəsi endirməsini axmaqlıq adlandırıb
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahı ABŞ-ın İraq və Suriyada 5 nöqtəyə hava zərbəsi endirməsilə bağlı bəyanat yayıb.
Bəyanatda ABŞ-ın bu hücumu pislənilib.
“Al Mayadeen” bununla bağlı xəbər yayımlanıb.
Məlumatda qeyd edilri ki, Hizbullah bu hücumu, başda Haşdi Şabi olmaqla, terrorizmlə mübarizədə rolu olan İraq xalqı ilə suverenliyinə “açıq aşkar təcavüz” kimi dəyərləndirib.
Bəyanatın davamında deyilir:
“ABŞ bu hücumla İraq xalqını dəstəkləyən və İŞİD terror qruplaşması ilə mübarizə aparan və döyüşə bilən gücləri hədəf almaq istəyir. Bu hücumu həyata keçirənlər yaxında etdikləri axmaqlığın nəticələrini görəcəklər.”