Hizbullah İsrail hərbi kəşfiyyatının ilk dəfə olaraq Tel-Əvivdəki Tel Haim kəşfiyyat qərargahına raket hücumu təşkil etdiyini açıqlayıb.
Az.rasthaer.com xəbər verir ki, Livan Hizbullahı Xeybər əməliyyatları çərçivəsində ilk dəfə Təl-Əvivdəki Tel Haim bazasını (İsrail ordusunun kəşfiyyat təşkilatına bağlı) hədəf aldığını açıqlayıb.
Hizbullah bu hücumda adlarını açıqlamadığı xüsusi raketlərdən istifadə edib. Bu kəşfiyyat qərargahı Livan sərhədindən 120 kilometr aralıda yerləşir.
Hizbullaha yaxın sosial media hesablarında bu əməliyyatın görüntüsü paylaşılarkən, İsrail rejimindən mövzu ilə bağlı açıqlama verilməyib.