Hizbullah ilk dəfə Qolandakı Əl-Furan bazasına raket zərbəsi endirib

Hizbullah ilk dəfə Qolandakı Əl-Furan bazasına raket zərbəsi endirib

Livan Hizbullahı sionist rejim ordusunun Suriyanın işğal altında olan Qolan bölgəsindəki “Əl-Furan” bazasına ilk dəfə raket zərbəsi endirdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullah Əl-Furan bazasının sionist rejimin quru qoşunları və Suriyaya qarşı hazırlıqlarının mərkəzi olduğunu vurğulayıb.

Livan İslami Müqaviməti həmçinin elan edib: “Biz bir gün ərzində işğal olunmuş ərazilərə 350 raket atdıq, onlardan 17-si Təl-Əvivi hədəfə aldı. Bu raket hücumu nəticəsində dörd milyon sionist köçkün sığınacaqlara qaçmaq məcburiyyətində qaldı.”
Hizbullah qeyd edib ki, onun döyüşçüləri bazar ertəsi günorta saat 15:20-də Livanın cənubundakı Əl-Xəyam şəhərinin cənubunda işğalçı qüvvələrin yerləşdiyi yerə bir neçə raket zərbəsi endibiblər.
İslami Müqavimətin bildirdiyinə görə, işğalçı ordunun 1 ədəd Merkava tankını Livanın cənubundakı Şəm kəndinin qərbindəki idarə olunan raketlə hədəfə alıb, nəticədə tank məhv edilib və hərbi ekipajı ölüb və yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR