Hizbullah hərəkatının yaradılmasının 40 illiyi qeyd edilib

Hizbullah hərəkatının yaradılmasının 40 illiyi qeyd edilib

Hizbullah hərəkatı ötən gün Livanda böyük bir festival keçirərək, 40 illiyini qeyd edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Hizbullah hərəkatının “Qırx bahar” adlı festivalında Həsən Nəsrullah çıxış edib.

Həsən Nəsrullah çıxışında Livanın müstəqil və suveren ölkə olmasının, ABŞ və digər ölkələrdən asılı olmamasının, İsrailə qarşı müqavimət hərəkatının davam etdirilməsinin zərurətindən danııb.

Hizbullah lideri Livanın körfəz ərəb dövlətləri ilə yaxşı əlaqələrə malik olmasının problemsiz olduğunu, Qərbin nəzərdə tutduğu yeni Yaxın Şərq planının iflası üçün Suriya dövləti və hökumətinə dəstəyin vacibliyini vurğulayıb.

O, həmçinin İsrailin münaqişəli sərhəd bölgələri və neft-qaz yataqları ilə bağlı təhdidlərinin əhəmiyyətsiz olduğunu deyib. Həsən Nəsrullahın sözünə görə, İsrailin 2000-ci ildə Livanın cənubundan çıxarılması Qərbin nəzərdə tutduğu Yaxın Şərq planını alt-üst etdi.

Hərəkat 40 illiyinə həsr edilən bu tədbirdə keçdiyi tarixi mərhələləri əks etdirən müxtəlif görüntüləri sərgiləyib.

Xəbəri paylaş

VİDEOLAR