Hizbullah hərəkatı PUA satışına başladı

Hizbullah hərəkatı PUA satışına başladı

“İsrail Suriyaya hava zərbələri endirir ki, fərqli silahlar bizə gəlib çatmasın. Onlar elə düşünürlər, lakin illərdir ki, biz minlərlə raketi hədəfləri dəqiq vuran raketə çevirmişik... İllərdir ki, pilotsuz təyyarə istehsal edirik. Almaq istəyən də buyura bilər.”

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Həsən Nəsrullah son çıxışında deyib.

“Şəhid komandirlərinin anımı” adlı mərasimdə çıxış edən Həsən Nəsrullah bildirib ki, 40 il öncə Livanda İsrail əleyhinə yaranan müqavimət hərəkatı bu ölkənin kimliyi və suverenliyini təmin edən əsas faktordur.

Onun sözlərinə görə, İsrailin çaba göstərməsinə baxmayaraq, artıq hərəkat minlərlə raketi hədəfləri dəqiq vura bilən raketlərə çevirib və illərdir ki, PUA istehsalı sahəsinə daxil olub.

Həsən Nəsrullah hərəkatdan PUA almaq istəyənlərə də bunun mümkün olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR