Hizbullah: Fələstin xalqının haqqını müdafiə edən ilk ölkə İrandır

Hizbullah: Fələstin xalqının haqqını müdafiə edən ilk ölkə İrandır

Livan Hizbullah Hərəkatı Mərkəzi Şurasının üzvü Şeyx Həsən əl-Bağdadi İmam Xomeyninin (r.ə) şərq və qərbdən asılı olmadan inqilab edə bildiyinə işarə edərək, İran İslam Respublikasının Fələstin davasının ilk müdafiəçisi olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Əl-Bağdadi dünən Livanın paytaxtı Beyrutun cənubundakı Zəhiyyə bölgəsində İmam Xomeyninin anım mərasimindəki çıxışında, İran İslam İnqilabının əsaslı islahatlar və dünya müsəlmanlarının maraqlarının müdafiəsi üçün nümunə ola biləcəyini qeyd edərək, İranın ölkəsini qorumaq və ya işğaldan azad etmək istəyən hər bir şərəfli tərəfi dəstəklədiyini bildirib.

O deyib:

"İran İslam Respublikası məzlumların və İslam dünyasının haqlarının təcavüzkarlara qarşı müdafiəsində həmişə üstün tərəf olub".

Xatırladaq ki, 33 il əvvəl bu gün (1989-cu il iyunun 4-də) İslam İnqilabının Böyük Rəhbəri, dönməz mübariz İmam Xomeyni (r.ə) 87 yaşında haqqın dərgahına qovuşub.

Xəbəri paylaş

VİDEOLAR