Hizbullah: Düşmənin müharibəni dayandırmaqdan başqa yolu yoxdur

Hizbullah: Düşmənin müharibəni dayandırmaqdan başqa yolu yoxdur

Livan Hizbullahının Mərkəzi Şurasının üzvü müqavimətin regionda yeni balanslar yaratmaq qabiliyyətinə malik olduğunu vurğulayaraq deyib: Sionist rejimin yalnız bir yolu var, o da Qəzzə zolağına təcavüzü dayandırmaqdır.

Az.rasthaber.com xəbər verir ki, Şeyx Nəbil Qavuq əlavə edib: Sionist rejim günü-gündən zəifləyir, müqavimətin gücü isə müdafiə-döyüş baxımından və hərbi-siyasi müstəvidə genişlənir. 

O, vurğulayıb: Müqavimət sionist rejimin təcavüzlərinə cavab verməklə sübut etdi ki, təhdid, kobud danışma, esmineslərə və aviadaşıyıcılara təslim olmayacaq. 

Şeyx Nəbil Qavuq “Müqavimətə Sadiqlik” fraksiyasının rəhbəri Məhəmməd Rə`d və Hizbullahın icra şurasının sədr müavini Şeyx Əli Də`muş, alimlər və digər şəxsiyyətlərin hüzurunda çıxışına davam edərək dedi: Müqavimət cəbhələrə dəstəyin zəifləməsini qəbul etməyəcək və Qəzzəyə dəstəkdə öncül olacaq və sionist düşmənin sionist məskunlaşanları xilas etmək və öz evlərinə qaytarmaq üçün yalnız bir yolu var, o da Qəzza zolağına təcavüzü dayandırmaqdır.

Xəbəri paylaş

VİDEOLAR