Hizbullah dini atributlara qarşı təxribatlarla bağlı xəbərdarlıq etdi

Hizbullah dini atributlara qarşı təxribatlarla bağlı xəbərdarlıq etdi

Hizbllah və Əməl hərəkatları liderləri çərşənbə günü biraraya gəliblər

Rasthaber Azərbaycan xəbər verir ki, Hizbullah və Əməl hərəkatları Livandakı dini atributlara qarşı təxribat addımları və təhqirlər mövzusunda xəbərdarlıq edib.

“Al Manar” telekanalının xəbərinə görə, Hizbllah və Əməl hərəkatları liderləri çərşənbə günü Əməl Hərəkatının mərkəzində bir iclas keçiriblər.

İclasa qatılanlar, Livandakı son siyasi və təhlükəsizlik baxımından ölkədəki son hadisələr haqda müzakirə ediblər.

İclas iştirakçıları dini və tarixi atribut, simvollar, həmçinin milli atributlara qarşı təhqir və təxribat addılarını qınayıblar.

Hizbullah və Əməl hərəkatları liderləri bütün qrupları, özəlliklə iki hərəkatın dəstəkçilərini diqqətli olmağa çağırıblar.

Hərəkat liderləri həmçinin, təhlükəsizlik güclərini, dövlət və özəl qurumlara qarşı hücumlar və qarışıqlıqlarla bağlı diqqətli və qərarlı addım atmağa çağırdılar.

Xəbəri paylaş

VİDEOLAR