Axios saytı amerikalı məmura istinadən bildirib: “Livan Hizbullahı bu barədə BMT-yə məlumat verib ki, Məcdəl Şəms hadisəsi İsrailin hava hücumundan müdafiə sisteminin raketinin futbol stadionuna düşməsi nəticəsində baş verib.”
Az.rasthaber.com xəbər verir ki, Amerikanın Axios xəbər saytı şənbə günü axşam saatlarında ABŞ rəsmilərinə istinadən məlumat yayıb ki, Bayden hökuməti Məcdəl Şəmsə raket hücumunun sionist rejimlə Hizbullah arasında hərtərəfli müharibəyə səbəb olacağından narahatdır.
Amerika rəsmiləri qeyd ediblər ki, Məcdəl Şəmsə hücum 10 ay əvvəldən narahat olduğumuz və xəbərdarlıq etdiyimiz qığılcımdır.
Sionist rejim səlahiyyətliləri Livan Hizbullahını Məcdəl Şəms bölgəsinə hücum etməkdə ittiham edir.
Halbuki, sionist mənbələrin Livan Hizbullahının işğal altındakı Qolan təpələrindəki Məcdəl Şəms bölgəsinə raket hücumu təşkil etməsi barədə iddialarının və bir neçə sionist ölməsinin ardınca, Livan İslami Müqaviməti bəyanat yayaraq belə bir hücumu "qəti şəkildə" rədd etdi.