Hizbullah Bağdaddakı terror aktını qınadı

Hizbullah Bağdaddakı terror aktını qınadı

"Hizbullah" hBağdadın şərqindəki Sədr bölgəsindəki ictimai bazarda baş verən terror aktını qınayıb.

Rasthaber Azərbaycan "eastnews.org"a istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatı verdiyi açıqlamada Bağdadın şərqindəki Sədr bölgəsindəki ictimai bazarda baş verən terror aktını qınayıb.  

"Hizbullah" tərəfindən yayımlanan açıqlamada aşağıdakı ifadələr yer alıb:  

"Bu qorxaq hərəkət terror təşkilatlarının və onların beynəlxalq və regional tərəfdarlarının cinayət siyasətinə bir növ qayıdışdır. Bu cür cinayətlərin böyük İraq millətinə zərər verməkdən başqa bir nəticəsi olmayacağı təbiidir. İraq xalqının birliyi və cinayətkarları yaxalamaq səyləri Sədr bölgəsindəki son cinayət hadisəsinə ən qətiyyətli cavabdır".  

Dünən İraqın paytaxtı Bağdadın şərqindəki Sədr bölgəsindəki ictimai bazarında bir partlayış baş vermişdi.  

Terror təşkilatı İŞİD terror aktının məsuliyyətini öz üzərinə götürmüşdü. 

Xəbəri paylaş

VİDEOLAR