Seyid Haşim Safiyuddin İran İslam İnqilabını dövrün ən böyük inqilabı kimi dəyərləndirib.
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahının İdarə Şurasının sədri Seyid Haşim Safiyuddin İran İslam İnqilabını dövrün ən böyük inqilabı kimi dəyərləndirib.
O İranın İslam İnqilabının ilk günündən bu günə qədər qərarlığını qoruduğunu bildirib.
“İranda İslam İnqilabının qələbəsindən etibarən, dünyadakı müstəzəflər onları dəstəkləyəcək birini tapdılar. İslam İnqilabı fransız inqilabından və dünyadakı bütün müasir inqilablardan çox böyükdür. Müqavimətin bölgədə əldə etdiyi izzət və şərəf, İrandakı İslam İnqilabının sayəsindədir. Müqavimət artan gücünü Hacı Qasim Süleymaniyə borcludur.”, -deyə Hizbullah rəsmisi əlavə edib.
İranın ABŞ hərbi bazalarını hədəf almasına işarə edən Seyid Safiyuddin “İran bu hücumla hər bir hücuma cavab verməyə hazır olduğunu isbatladı. Əgər Amerika bölgədən çıxmasa, silahla və zorla çıxarılacaq. Biz Allaha, Trampın “Əsrin sazişi” planlarını güclü bir şəkildə yox edəcəyimizi söz verdik.”, -deyə qeyd edib.