Hizbullah 2 İsrail hərbi maşınını vurub

Hizbullah 2 İsrail hərbi maşınını vurub

Livan Hizbullah Hərəkatı sionist İsrail ordusuna məxsus iki hərbi maşını hədəfə aldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının verdiyi yazılı açıqlamada sionist İsrail ordusuna aid iki hərbi maşının vurulduğu bildirilib.

Açıqlamada, ''Bazar ertəsi gecəsi yerli vaxtla saat 10.40-da İsrail ordusuna aid iki hərbi maşın birbaşa idarə olunan raketlərlə hədəfə alınıb. Partlayış nəticəsində avtomobillərdə olanlar yanıb, yanaraq ölüb və ya yaralanıblar”.

Hizbullah dünən Livanın cənubunda sionist İsrail qüvvələrinə qarşı həyata keçirilən əməliyyatla bağlı verdiyi açıqlamada Ştula, Əl Bağdadi, Ər-Rahib və Ruveysat əl Alem hərbi məntəqələrinin 'uyğun silahlarla' hədəf alındığını bildirib.

Oktyabrın 8-dən Livanın cənubundan İsrail ordusunun mövqelərinə atəş açılıb.

Xəbəri paylaş

VİDEOLAR