Hindistanın şimali birlik ərazisi olan Cammu və Kəşmirin paytaxtı Şrinaqarda törədilən terror aktı nəticəsində azı 1 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, naməlum terrorçular insanların sıx olduğu bazarda bir qrup polis və hərbçiyə qumbara atıblar. Yaralılar xəstəxanaya çatdırılıb.
Polis zabiti Rakeş Balvalın sözlərinə görə, terror aktı zamanı 71 yaşlı kişi öldürülüb. “Yaralılardan daha bir nəfərin - gənc qadının vəziyyəti ağırdır".
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.