Hindistanın şimal-şərqindəki əyalətdə baş verən daşqında ölənlərin sayı artıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hökumət rəsmilərinin açıqlamasına görə, qurbanlarının sayı 42 nəfərə çatıb.
Hava şəraitinin yaxşılaşması ilə əlaqədar itkin düşmüş 142 nəfərin, o cümlədən 15 hərbçinin intensiv axtarışları davam etdirilir.